Millimizin üzvü fərqləndi, komandası qələbə qazandı

Millimizin üzvü fərqləndi, komandası qələbə qazandı

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov formasını geyindiyi Bolqarıstanın "Arda" klubunda növbəti qolunu vurub.

Apasport.az xəbər verir ki, yığmamızın müdafiəçisi ölkə kubokunun 1/16 final mərhələsində fərqlənib.

O, "Fratria" ilə görüşün 42-ci dəqiqəsində hesabı açmaqla qələbənin əsasını qoyub (2:1).

"Arda"ya mərhələ gətirən ikinci qolun müəllifi "Neftçi"nin sabiq hücumçusu Andre Şinyaşiki olub.

Xatırladaq ki, Hüseynov 2023-cü ildən Bolqarıstanın Yüksək Liqa klubunun futbolçusudur.