Çempionlar Liqası: "Sabah" növbəti matçına çıxacaq
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda bu gün növbəti matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələcək.
Matç Şalon-sur-Son şəhərindəki Le Kolizeydə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına uduzub.

https://qalaba.az//uploads/photo/chempionlar-liqasi-quotsabahquot-novbeti-matchina-chixacaq.webp