Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı Tennis Akademiyasının meydançasında keçirilən görüşlərdə "Qalaksi" "Cənub Storm"u (6:1), "Lerik Əvilə" "Borçalı"nı (4:0), "Zirə" "Birbaşa Bakı"nı (2:1), "Siyəzən" isə "Gənclərbirliyi"ni (5:0) məğlub edib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Aznur" "Star Bakı"nı (18:2), "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) üstələyib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.