Çempionlar Liqası: “Araz Naxçıvan” növbəti mərhələyə yüksəlib
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” bu gün qrupda son oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, təmsilçimiz Niderland çempionu “Tigers Roermond” ilə qarşılaşıb. Bu görüş qrup liderini müəyyənləşdirib.
"Araz Naxçıvan" 3:2 hesabı ilə qələbə qazanaraq həm 1-ci yeri tutub, həm də 1/8 finala vəsiqə qazanıb. Oyunda qolları "Araz Naxçıvan"dan Valerio Giovanny (24, 39) və Jean Perruzo (29) vurub.
1/8 və 1/4 finalın püşkü noyabrın 6-da atılacaq.

https://qalaba.az//uploads/photo/chempionlar-liqasi-araz-naxchivan-novbeti-merheleye-yukselib.webp