Murad Musayev ən yaxşı baş məşqçi seçilib

Murad Musayev ən yaxşı baş məşqçi seçilib

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, bu, “Krasnodar”ın çalışdırıcısı Murad Musayevdir. Mütəxəssisin rəhbərlik etdiyi kollektiv ötən ay keçirilən 3 oyunu da qazanıb.

“Krasnodar” çempionatda birinci sıradadır.

Musayev “Krasnodar”dan öncə Azərbaycanda “Sabah”a rəhbərlik edib.