"Qarabağ" xərcə düşməlidir, "Neftçi" isə transferdə gecikir" - ŞƏRH

"Qarabağ" xərcə düşməlidir, "Neftçi" isə transferdə gecikir" - ŞƏRH

Futbol eksperti, menecer Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasında çıxış edən klubların qış fasiləsindəki hazırlığını dəyərləndirib.

O, "QELEBE.AZ"a açıqlamasında komandaların Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı, yoxlama oyunları və transferləri barədə danışıb.

Səfiyarlı bu dönəmdə klublardan qeyri-adi nəsə gözləməyin düzgün olmadığını deyib: "Nəzərə almalıyıq ki, yoxlama oyunları hazırlıq prosesi ərəfəsində gerçəkləşir və futbolçular daha çox yükləmə altında olurlar. Toplanışda komandalar oynadıqları sistemləri daha da təkmilləşdirməyə çalışırlar və yaxud yeni baş məşqçilər praktiki və digər hazırlıqları burada həyata keçirmək istəyirlər".

Menecer yoxlama matçlarında onu təəccübləndirən kollektivdən bəhs edib: "Komandaların oyunlarında geniş dəyişikliklərdən söhbət gedə bilməz. Çempionatda izlədiklərimizdir. Sadəcə, yoxlama görüşlərində "Sabah" məni bir az təəccübləndirdi. Paytaxt təmsilçisi daha aqressiv oynamağa çalışırdı. Çempionatda onlardan gördüyümüz pressinqin iki qatını edirdilər. Futbolçular çox fiziki yüklənməyə məruz qalsalar da, baş məşqçi daha aqressiv oyun tələb edirdi. Oyunçular rəqibini öz meydanında sıxmağa çalışırdılar. İzlədiyim oyunlarda bunun şahidi oldum. Bu da yaxşı mənada məni təəccübləndirdi. Yəqin ki, Premyer Liqanın ikinci yarısında daha aqressiv "Sabah" izləyəcəyik. Paytaxt klubunda bəzi futbolçuların da daha çox irəliləyişə nail olduğunu demək olar. Qalan matçlarda bu kollektivdə keyfiyyət artımını müşahidə edəcəyik".

Ekspert "Sumqayıt"ı da xüsusi qeyd etmək istədiyini söyləyib: "Gənclik şəhəri" təmsilçisi Rusiyanın “Krılya Sovetov” klubuna 0:1 hesabı ilə uduzduğu qarşılaşmada çox yaxşı təsir bağışladı. Komanda daha intizamlı oynamağa çalışır. Bəzi dəyişikliklər baş verib. Bu da heyətin daha rəqabətli olmasına gətirib çıxarıb. Müdafiədən başqa hər mövqedə rəqabət üçün ən azı iki oyunçu mövcuddur. Komandanın bir neçə futbolçu ilə anlaşması diqqət çəkir. Bu da başa düşüləndir. Samir Abasov əvvəlki baş məşqçinin qurduğu heyət ilə mübarizə aparırdı. O, bunların hamısından heç də razı deyildi. Artıq istədikləri oyunçu keçidlərini gerçəkləşdirib. Müdafiə xəttində isə bir oyunçuya ehtiyac var. Hazırlıq prosesindəki görüşlərdə dəyişikləri bir az nəzərə çarpırdı. Amma bunu Premyer Liqada necə edəcəklərini görmək üçün vaxt lazımdır".

Səfiyarlı digər klublardan hansınısa qeyd etməyin çətin olduğunu vurğulayıb: "Çünki çempionatda gördüyümüz oyunlarını orada da nümayiş etdirdilər. "Səbail"i bir az fərqləndirmək olar. Baş məşqçi Şahin Diniyev yeni gəlib. O, öz oyun üslubunu, fəlsəfəsini məhz bu təlim-məşq toplanışında həyata keçirməli idi. Vaxt az idi və 10-15 gün ərzində hansısa ciddi taktiki dəyişiklikləri müşahidə etmək mümkün deyil. Hiss olunurdu ki, komandanın motivasiyasında yüksəliş var. Kollektiv əvvəlkindən fərqli olaraq meydandan taktiki işi həyata keçirməyə çalışırdı. Çempionat matçlarında "Səbail"in oyununun hansısa konturlarını görə biləcəyik".

Menecer qış fasiləsində klubların transferlərdə çox da fəallıq nümayiş etdirmədiyini xatırladıb: "Yaxşı oyunçu tapmaq çətindir. Sadəcə, klublar məcburiyyətdən hansısa nöqtə transferi etməyə çalışırlar. Hələlik "Neftçi"dən daha çox aktivlik gözləyirik. Çünki iki oyunçu - Yusuf Laval və Qodsvey Donyo satılıb. "Ağ-qaralar"ın heyəti onsuz da kasad və say baxımından az futbolçuya malik idilər. Höccət Haqverdini nəzərə almasaq, hücum xəttinə bir oyunçu - Kilan Lebon alınıb. Bu səbəbdən daha çox "Neftçi"dən transfer gözləmək lazımdır. Komanda sanki bir az gecikir. Çünki Premyer Liqa artıq bu gün bərpa olunur".

O, "Qarabağ"ın yeni transferi Adama Diakabinin də maraq doğurduğunu sözlərinə əlavə edib: "Amma o, formasından bir az uzaqdır və lazım olan səviyyəyə çatması üçün ən azı 3-4 həftə vaxt lazımdır. Sadəcə, qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnməsi "köhlət atlar"ın planlarını pozub. Qurban Qurbanovun da dediyini kimi, tamam başqa mövqeyə oyunçu axtarırdılar və maliyyəni də oraya yönləndirmişdilər. Amma artıq qapıçı transferinə ehtiyac var, bu da əlavə maliyyə itkisidir və işdir. Az vaxtda yaxşı qolkiper transfer etməlidirlər. Mövsümün bu vaxtından heç kim əsas qapıçısını "Qarabağ"a vermək istəməz. Ağdam təmsilçisi də daha çox xərcə düşməli və daha dərindən axtarış etməlidir. Digər klublarda vurğulanası qeyri-adi transfer yoxdur".

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Fransa klubu "Qarabağ"la oyun üçün bilet satışından razı qalıb

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib