Messi 400-ə çatdı - “İnter Mayami” 1/4 finalda
“İnter Mayami” MLS-də pley-off seriyasının üçüncü oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Lionel Messinin çıxış etdiyi komanda “Neşvill”lə qarşılaşıb.
Matç “İnter Mayami”nin 4:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Messi bu görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Beləliklə, “İnter Mayami” seriyada ümumi hesabla 2:1 üstün olaraq 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Argentina millisinin kapitanı Lionel Messi bu qarşılaşmada karyerasının 400-cü assistini rəsmiləşdirib.

https://qalaba.az//uploads/photo/messi-400-e-chatdi-inter-mayami-14-finalda.webp