Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.
Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.
| Nr. | Ad / Soyad | Klub |
| 1 | Oqtay Mehrəliyev | Qarabağ |
| 2 | Yavər Əsgərli | Sabah |
| 3 | Daniil Bayramari | Qəbələ |
| 4 | Raul Əliyev | Qarabağ |
| 5 | Ruhid Məmmədli | Qarabağ |
| 6 | Məhəmmməd Ağamaliyev | Qarabağ |
| 7 | Harun Əliyev | Neftçi |
| 8 | Emil Quliyev | Neftçi |
| 9 | Kənan Əzimov | Neftçi |
| 10 | Yusif Kərimli | Ulduz |
| 11 | Nihat Bəylərli | Ulduz |
| 12 | Murad Zeynallı | Ulduz |
| 13 | Xəzər Hüseynzadə | Sabah |
| 14 | Həsən Məhmədov | Sabah |
| 15 | Ramil Əmirquliyev | Qarabağ |
| 16 | Səbran Muradlı | Qarabağ |
| 17 | Murad Məmmədov | Sumqayıt |
| 18 | Sübhan Əlizadə | Neftçi |
| 19 | Həsən Mürşüdzadə | Qarabağ |
| 20 | Qafar Babayev | Neftçi |
| 21 | Abbas Məmmədli | Qarabağ |
| 22 | Həsən Ramazanov | Sabah |
| 23 | İbrahim Rza | Qarabağ |
| 24 | Rəsul Qurbanlı | Ulduz |
| 25 | Amin Tağıyev | Turan Tovuz |
18 noyabr
12:00. Monteneqro – Azərbaycan
20 noyabr
12:00. Azərbaycan – Bolqarıstan
23 noyabr
15:00. Moldova - Azərbaycan
Qeyd edək ki, oyunlar Moldova Futbol Federasiyasının Texniki Mərkəzində təşkil olunacaq. Matçların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisinin-uefa-inkishaf-turniri-uchun-heyeti-ve-oyunlarinin-teqvimi-mueyyenleshib.webp