Sergen Yalçın: Rafa Silva peşəkar kimi davranmır

Sergen Yalçın: Rafa Silva peşəkar kimi davranmır

“Rafa Silva ilk gün mənə dedi ki, burada qalmaq istəmir, futboldan getmək barədə düşünür”.

APA xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Rafa Silvanın komandada qalmamaq istəməməsi səbəbindən yaranmış vəziyyətə həsr olunmuş mətbuat konfransında deyib.

Sergen Yalçının sözlərinə görə, Kenni Aroyo da oxşar şeyləri deyib və onun yolunu açıblar: “Rafa dəyərli oyunçu olduğu üçün dedim ki, onu rahat idarə edəcəyik, problemi olmayacaq. Beləliklə, məsələni etdim. Lakin bir müddət sonra problem yenidən ortaya çıxmağa başladı. Bu dəfə də Rafaya dəyərini anlatdım, ona ehtiyacımız olduğunu dedim. Vəziyyəti yoluna qoymağa çalışdıq, amma vəziyyət həll olunmaz səviyyəyə çatdı. O, daha məşq etməyəcəyini və matçlarda oynamayacağını dedi”.

Baş məşqçi bildirib ki, Rafa Silva oynamaq istəmədiyini söylədikdən sonra bu barədə klub prezidentinə məlumat verməli olub: “Çünki məsələni həll etmək üçün heç bir yolum yox idi. Rafa Silvanın oynaması üçün qapımız açıqdır. Düşünmürəm ki, bizimlə problemi var, amma o, ünsiyyəti kəsib, ancaq meneceri vasitəsilə mesajlar göndərir. Mən artıq bacardığım qədər idarə etmişəm. Onu niyə oyun vaxtı əvəzlədiyimi soruşursunuzsa, Messi, Ronaldo da bu gün meydandan çıxır. Heç kim “Beşiktaş”dan böyük deyil".

Sergen Yalçın Rafa Silva ilə aralarında hər hansı problem olmadığını bir daha təkrarlayıb: “Mənim də Rafa ilə heç vaxt problemim olmayıb. Rafa heç vaxt mənə qarşı hörmətsizlik etməyib və ya pis davranmayıb, öz işini görüb. Aramızda hər hansı problemlər olsaydı, özüm rahat həll edərdim. Rafa ilə danışın, ondan problem barədə soruşun. O, peşəkar müqavilələrə uyğun davranmır".

Baş məşqçi vurğulayıb ki, bütün komanda Rafanın ətrafında qurulub, ona uyğun oyunçular alınıb: “Mən fərqli oyun oynamaq istəyirəm, amma plan onun ətrafında qurulub. Oyunçu deyir ki, 'Mən burada məşq etmək istəmirəm, oynamaq istəmirəm”. Oyunçudan soruşun, səbəbini özü desin”.

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Futbol
“Kəpəz” komandası Türkiyəyə yollanıb

“Kəpəz” komandası Türkiyəyə yollanıb

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib