Azərbaycan millisi Fransaya qarşı - Heyətlər - YENİLƏNİR

Azərbaycan millisi Fransaya qarşı - Heyətlər - YENİLƏNİR

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

QELEBE.AZ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Anatoli Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev

Ehtiyat oyunçular: Aydın Bayramov, Səlahət Ağayev, Rüfət Abbasov, Anatoli Nuriyev, Rüfət Abdullazadə, Nəriman Axundzadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Səbuhi Abdullazadə, Cəlal Hüseynov, Mustafa Əhmədzadə.

Fransa: Lukas Şevalye, Malo Qusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Akliuş, İbrahima Konate, Vayne Zayr-Emeri, Con Mateta, Lukas Hernandes, Teo Hernandes

Ehtiyat oyunçular: Bris Samba, Mayk Menyan, Luka Din, Dayot Upamekano,Jul Kunde, Floran Toven, Maykl Olis, Nqolo Kante, Rayan Şerki, Vilyam Saliba, Bredli Barkola