İslam Oyunları: Millimiz Qazaxıstana məğlub oldu
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstan ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:31.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.

https://qalaba.az//uploads/photo/islam-oyunlari-millimiz-qazaxistana-meglub-oldu.webp