İslam Oyunları: Millimiz Türkiyəyə qalib gəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.
QELEBE.AZ xəbər verir ki, yığmamız Türkiyə seçməsi ilə qarşılaşıb.
Görüş basketbolçularımızın 19:11 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı ilk oyununda Səudiyyə Ərəbistanı millisini 21:8 hesabı ilə məğlub etmişdi.

https://qalaba.az//uploads/photo/islam-oyunlari-millimiz-turkiyeye-qalib-gelib.webp