İslam Oyunları: Həsrət Cəfərov finalda - YENİLƏNİR
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov yarımfinalda misirli Mohamed Abdelrehimlə qarşılaşıb.
Təmsilçimiz 4:1 hesabıyla qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə təmsilçimizin rəqibi iranlı Saeid Esmail olacaq.
Xatırladaq ki, daha əvvəl bu cütlük dünya çempionatının finalında üz-üzə gəlib. Görüş iranlı idmançının qələbəsi ilə yekunlaşıb - 1:2.
***
12:25
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) qırğızıstanlı Razzak Beişekeyevlə üz-üzə gəlib.
Təmsilçimiz 5:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

https://qalaba.az//uploads/photo/islam-oyunlari-hesret-ceferov-finalda-yenilenir.webp