Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub
Azərbaycanın qadın 3x3 basketbol millisi VI İslam Həmrəyliyi Oyunlarında final matçına çıxıb.
QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışın həlledici görüşündə komandamız Türkiyə yığması ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda millimiz rəqibini 21:13 hesabı ilə məğlub edərək turnirin qızıl medalına sahib olub.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-islam-hemreyliyi-oyunlarinin-qalibi-olub.webp