"Sabah" - "Qarabağ" matçı bu tarixdə keçiriləcək

"Sabah" - "Qarabağ" matçı bu tarixdə keçiriləcək

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyununun başlama vaxtı müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 18 dekabr saat 19:30-da start götürəcək.

Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.