Frank de Blekere “Siqma” - “Selye” matçının hakim-inspektoru olacaq
AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere UEFA-dan növbəti dəfə təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, belçikalı komitə sədri Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Siqma” (Çexiya) - “Selye” (Sloveniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

https://qalaba.az//uploads/photo/frank-de-blekere-siqma-selye-matchinin-hakim-inspektoru-olacaq.webp