Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmə region idmançıları üçün Bakıda təlim-məşq toplanışı keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, təlim düşərgəsinə ölkənin müxtəlif regionlarından ümumilikdə 100 cüdoçu cəlb olunacaq.
Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyan toplanış 1-14 dekabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, təlim-məşq çərçivəsində idmançıların cüdo bacarıqlarının inkişafı, yeni qaydaların və texniki yeniliklərin öyrənilməsi, həmçinin fiziki hazırlığın artırılması istiqamətində proqramlar icra olunacaq.


https://qalaba.az//uploads/photo/bakida-yeniyetme-cudochular-uchun-telim-meshq-toplanishi-kechirilecek.webp