Millimiz Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub - 49:87.

https://qalaba.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-ikinci-oyununa-chixacaq.webp