Felipe Santos Premyer Liqada 100-cü oyununu keçirib
Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, braziliyalının yubileyi XIII tura təsadüf edib.
O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.
Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.

https://qalaba.az//uploads/photo/felipe-santos-premyer-liqada-100-cu-oyununu-kechirib.webp