Millimiz Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçında da uduzub
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.
Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:4 hesabı ilə məğlub olub.
Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda keçirilib.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

https://qalaba.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesindeki-sonuncu-matchinda-da-uduzub.webp