Azərbaycan Kuboku: “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək - YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.
QELEBE.AZ xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
2 dekabr
19:00 Zirə – Neftçi
Baş hakim: Tural Qurbanov
Zirə İK Stadionu

https://qalaba.az//uploads/photo/azerbaycan-kuboku-zire-oz-meydaninda-neftchini-sinaga-chekecek-yenilenir.webp