"Napoli"nin futbolçusu "Yuventus"la oyunu buraxacaq
“Napoli” ciddi itki ilə üzləşib.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Stanislav Lobotka “Kalyari”yə qarşı keçirilən İtaliya kuboku matçında xəsarət alıb.
Futbolçu “Yuventus”la baş tutacaq görüşü buraxacaq.
Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”la qarşılaşıb – 2:0.

https://qalaba.az//uploads/photo/quotnapoliquotnin-futbolchusu-quotyuventusquotla-oyunu-buraxacaq.webp