"Quba" "Sumqayıt"ı məğlub edib

"Quba" "Sumqayıt"ı məğlub edib

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

QELEBE.AZ xəbər verir ki, günün ilk matçında "Quba" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 107:90.

Günün ikinci görüşündə "Şəki" "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.