"Qarabağ"ın sabiq futbolçusu: "Şən oğlanam, yalnız oyun zamanı ciddi oluram"

"Qarabağ"ın sabiq futbolçusu: "Şən oğlanam, yalnız oyun zamanı ciddi oluram"

"Düşünürəm ki, mən çox şən, həyatdan zövq alan və xoşbəxt oğlanam. Müsbət enerjimi yaxın insanlara ötürməyə, çox zarafat etməyə, hər kəsə çoxlu sevinc bəxş etməyə çalışıram. Yalnız oyun zamanı ciddi oluram və meydanda əlimdən gələni edirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu qış fasiləsində "Qarabağ"ı "Krasnodar"a dəyişən braziliyalı futbolçu Kadi Borges Rusiya klubunun rəsmi yutub kanalına özü barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, həmişə gülərüz, şən insanlarla yaxınlıq edir: "Yanımda olanların hamısının belə olmasını istəyirəm. Şənlik, təbəssüm və sevinc mənim üçün əsas keyfiyyətdir. Kiminsə öz pulunu insanların qabağına qoymasını xoşlamıram. Belə bir insanla heç vaxt yol getmərəm".

"Sambaçı" futbola marağının kiçik yaşlarından başladığını söyləyib: "Dörd yaşımdan topla oynayıram. Odur ki, digər seçimim olduğunu düşünmürəm. Heç vaxt başqa yolla getmək istəməmişəm. Həmişə topla oynamağı arzulamışam. Hər zaman yanımda top olub. Mən ancaq futbolçu olmaq istəmişəm".

Ailə üzvlərindən də söz açan təcrübəli oyunçu ən böyük azarkeşinin ortancıl qardaşı olduğunu vurğulayıb: "İki qardaşım var. Mən ailənin ən kiçiyiyəm. Ortancıl qardaşım çalışsa da, peşəkar futbolçu ola bilmədi. Çünki, bu, onun üçün deyildi. Başqa sahələrə maraq göstərdi və hazırda hüquqşünasdır. Heç bir oyunumu buraxmırlar. Qardaşım əsas tamaşaçıdır, onunla matçları müzakirə edirik. Digər ailə üzvlərim futboldan o qədər də məlumatlı deyil. Ona görə də bu barədə az danışılır. Qol vuranda, yaxşı oynayanda mənə görə sevinirlər".

Borges "Krasnodar"a keçidinin səbəbini də açıqlayıb: "Qarabağ"da olanda ruslarla oynamışam. Onlar klub, struktur, heyət və prezident haqqında çox yaxşı danışırdılar. Hətta o zaman da bu keçidə şübhəm yox idi. Mənə klub haqqında təfərrüatları deyəndə "Krasnodar"ın şəhər üçün böyüklüyü və əhəmiyyəti ilə bağlı hər şeyi başa düşdüm. Rusiyalı uşaqlar mənə dedilər ki, şəhər sakit və rahatdır, yaxşı yaşamaq üçün hər cür şərait var".

Bədənindəki döymələrə də toxunan futbolçu qolundakı rəsmlərin dinə aid olduğunu bildirib: "Mən katolikəm. Burada qeyri-adi heç nə yoxdur. İlk döyməmi isə ailəmə - atam, anam, qardaşlarım və nənəmə həsr etmişəm. 27 rəqəmi isə qızımın ad gününə işarədir".

Qeyd edək ki, Kadi Borges "Krasnodar"la 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

"Mançester Yunayted" "Beşiktaş"ın hücumçusu ilə anlaşıb

Futbol
Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Mahir Emreli “Dinamo Zaqreb”in heyətində dubl edib

Futbol
“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu zədələnib

Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib