Dursun Özbek: "TFF prezidenti tərəfsizliyini itirib"
"Qalatasaray"ın prezidenti Dursun Özbekin mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarına cavab verib:
"Artıq susmaq mümkün deyil. TFF prezidenti vacib matçımızdan əvvəl kameraların qarşısına keçərək tərəfsizliyini itirib. Türk futbolunda başqa problem yoxmuş kimi o, kameralar qarşısında bizi tənqid edir. Bizim Çempionlar Liqasında matçımızın olması milli qürur deyilmi? Sonra da "Qalatasaray"ın uğur qazanmasını arzulayır. Bu açıqlamalarla əslində "Monako"ya uğur arzulayıb".
Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu "Manako" - "Qalatasaray" (1:0) matçından öncə mətbuat konfransında "Fənərbaxça" - "Qalatasaray" derbisi (1:1) və "Qalatasaray" - "Samsunspor" (3:2) matçında yaşanan mübahisəli epizodlar barədə açıqlama vermişdi.

https://qalaba.az//uploads/photo/dursun-ozbek-quottff-prezidenti-terefsizliyini-itiribquot.webp