Dursun Özbek: Hacıosmanoğlu tərəfsizliyini itirib, TFF "Qalatasaray"a nifrətlə idarə olunur

Dursun Özbek: Hacıosmanoğlu tərəfsizliyini itirib, TFF "Qalatasaray"a nifrətlə idarə olunur

"Qalatasaray"ın prezidenti Dursun Özbekin mətbuat konfransı keçirilib.

QELEBE.AZ xəbər verir ki, o, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarına cavab verib: "Artıq susmaq mümkün deyil. TFF prezidenti vacib matçımızdan əvvəl kameraların qarşısına keçərək tərəfsizliyini itirib. Türk futbolunda başqa problem yoxmuş kimi o, kameralar qarşısında bizi tənqid edir. Bizim Çempionlar Liqasında matçımızın olması milli qürur deyilmi? Sonra da "Qalatasaray"ın uğur qazanmasını arzulayır. Bu açıqlamalarla əslində "Monako"ya uğur arzulayıb".

Özbek "Fənərbaxça" - "Qalatasaray" derbisi ilə bağlı Hacıosmanoğlu ilə görüşdüklərini bildirib: “Videonu izlətdik. Video ilə bağlı cənab prezident "həmin oyunda "Fənərbaxça"nın haqqı yeyilib" deyə açıqlama verdi. Biz sizdən ədalət tələb edərkən komanda ayrı-seçkiliyi etmirik. İstər "Qalatasaray" olsun, istər "Beşiktaş", istərsə də "Fənərbaxça" - əgər haqsızlıq varsa, bunun ardınca mütləq cəza verilməlidir. Siz isə "cəza verəcəkdik", "siz gəldiniz, cəzanı verməkdən vaz keçdik" deyirsiniz. Belə ədalət anlayışı ola bilərmi?"

Klub prezidenti TFF-nin komandaya qarşı xüsusi nifrət bəslədiyini vurğulayıb: “Bu gün çatdığımız məqam son dərəcə aydındır. Hazırkı futbol federasiyasının "Qalatasaray"a münasibəti danılmaz hala gəlib. Bütün azarkeşlərimiz bilməlidir ki, TFF "Qalatasaray"a nifrətlə idarə olunur".

Qeyd edək ki, TFF prezidenti İbrahim Hacıosmanoğlu "Manako" - "Qalatasaray" (1:0) matçından öncə mətbuat konfransında "Fənərbaxça" - "Qalatasaray" derbisi (1:1) və "Qalatasaray" - "Samsunspor" (3:2) matçında yaşanan mübahisəli epizodlar barədə açıqlama vermişdi.

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Frank Riberi karyerasını bitirir

Frank Riberi karyerasını bitirir