Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

"Məşhur idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış döyüşçüdür".

"Report"un məlumatına görə, bunu karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov deyib.

O bildirib ki, rəqibi Antonio Silva hazırda o qədər də güclü idmançı deyil: "Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. Tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm. Mənim də 38 yaşım var. Düşünürəm ki, artıq yetərincə döyüşmüşəm. İndi bitirmək vaxtıdır".

Səmədovun sözlərinə görə, Antonio Silvanı hələ 2011-ci ildə duelə dəvət etmək istəyib: "Fyodor Yemelyanenkonu məğlub edəndən sonra onu bura dəvət etmək istəyirdim. Amma alınmadı. Qismət indiyə imiş".

38 yaşlı döyüşçü karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcəyini vurğulayıb: "Vətən" filmi çəkiləcək. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq".

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Nazir milli federasiyaların nümayəndələri ilə vacib məsələləri müzakirə edib

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Günay Məmmədzadə yeni ilin ilk yarışında qızıl medal qazanıb

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub