FİFA Futbol üzrə Dünya Çempionatı üçün rekord həcmdə mükafat fondu müəyyənləşdirib

FİFA Futbol üzrə Dünya Çempionatı üçün rekord həcmdə mükafat fondu müəyyənləşdirib

FİFA 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının mükafat fondunu müəyyənləşdirib.

APA xəbər verir ki, Dohada keçirilən FİFA Şurasının iclasından sonra turnirin mükafat fondunun 727 milyon dollar olduğu açıqlanıb. Bu isə Qətərdə keçirilmiş əvvəlki dünya çempionatının mükafat fondundan 50% çoxdur.

727 milyon dolların 655 milyon dolları çempionatda iştirak edən ölkələrə veriləcək.

Turnirin qalibi olan komanda 50 milyon dollar, ikinci yeri tutan komanda 33 milyon dollar, üçüncü yeri tutan komanda 29 milyon dollar, dördüncü yeri tutan komanda 27 milyon dollar, beşinci-səkkizinci yeri tutan komanda 19 milyon dollar, doqquzuncu-on altıncı yeri tutan komanda 15 milyon dollar, 17-ci-32-ci yeri tutan komanda 11 milyon dollar, 33-cü-48-ci yeri tutan komanda 9 milyon dollar qazanacaq.

Bundan başqa, komandalar hər mərhələ keçdikcə, turnirə hazırlıq xərclərini ödəmək üçün 1,5 milyon dollar alacaq. Bu isə o deməkdir ki, 2026-cı il Dünya Kubokunda iştirak edən bütün komandalara ən azı 10,5 milyon dollar veriləcək.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatının qalibi Argentina yığması 42 milyon dollar qazanmışdı.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.

Final oyunu Nyu-Cersi ştatındakı MetLife stadionunda baş tutacaq.

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

"Zirə" – "Qəbələ" oyununun yeri dəyişdirilib

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
ABŞ-Uels oyunu başlayıb

ABŞ-Uels oyunu başlayıb

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür