"Roma"dan inamlı qələbə
İtaliya A Seriyasında 17-ci turun son oyunu keçirilib.
QELEBE.AZ xəbər verir ki, turun bağlanış qarşılaşmasında "Roma" doğma meydanda "Cenoa"nı 3:1 hesabı ilə məğlub edib.
“Roma” matça sürətli başlayıb. 14-cü dəqiqədə Matias Soule hesabı açıb. Ardınca 19-cu dəqiqədə Manu Kone fərqi artırıb. İlk hissənin sonlarında, 31-ci dəqiqədə Evan Ferqyuson üçüncü qolu vuraraq paytaxt təmsilçisinə rahat üstünlük qazandırıb.
“Cenoa” yalnız oyunun sonlarında fərqlənə bilib. Qonaqların heyətində 87-ci dəqiqədə Jeff Ekator təsəlli qoluna imza atıb.

https://qalaba.az//uploads/photo/quotromaquotdan-inamli-qelebe.webp