"Neftçi"nin çempionluq qolunun müəllifi: "Komandanın nəticələri məyusedicidir"

"Neftçi"nin çempionluq qolunun müəllifi: "Komandanın nəticələri məyusedicidir"

"Neftçi"nin nəticələri mənim üçün məyusedicidir. Komanda bu mövsüm yaxşı təsir bağışlamır".

Bu fikirləri "Report"a açıqlamasında "ağ-qaralar"ın sabiq futbolçusu Ahmed Ahmedov deyib.

Hazırda Bolqarıstanın "Slaviya" (Sofiya) klubunda çıxış edən 28 yaşlı hücumçu keçmiş komandasının toparlanacağına inandığını bildirib: "Hazırda uğursuzluğun səbəbini bilmirəm, buna klubdakı şəxslər daha yaxşı cavab verə bilərlər".

Bolqarıstanlı forvard Bakı təmsilçisində çıxış etdiyi dönəmi xatırlayıb: "Neftçi"də dostlar qazandım. Mert Çeliklə daha çox yaxın idik, hələ də onunla münasibətimiz var. Qapıçı Aqil Məmmədov və fizioterapevt Rasim Qədməliyev da yaxşı insanlardır. Zədə səbəbindən çox matça çıxa bilməsəm də, yaxşı günlər idi. İstədiyimiz çempionluğa nail ola bilmişdik".

Ahmedov "Slaviya"dakı durumundan və Azərbaycana qayıtmaq ehtimalından da bəhs edib: "Ötən il 8 ay zədəli oldum. Artıq forma yığıram. Özümü yaxşı hiss edirəm. Klubumla 1,5 illik müqaviləm var. Ölkənizdən təklif gəlsə, düşünəcəyəm. Amma indi bunları danışmaq üçün çox tezdir".

Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"də çıxış edib və ağ-qaralarla ölkə çempionu adını qazanıb. Hücumçu sonuncu - XXVIII turda "Qarabağ"la həlledici qarşılaşmada komandaya qələbə qazandıran yeganə qolun müəllifi olub.

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

Futbol
Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Ötən il daxili çempionatlarda ən çox qol vurmuş oyunçular açıqlanıb

Futbol
"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Futbol
Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

Futbol
Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Azərbaycanlı məşqçi “Dinamo-Avto”dan ayrılıb

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib