“Liverpul” və “Tottenhem”dən xal itkisi

“Liverpul” və “Tottenhem”dən xal itkisi

İngiltərə Premyer Liqasında XX turun oyunları davam edir.

QELEBE.AZ xəbər verir ki, “Liverpul” səfərdə “Fulhem”in qonağı olub.

Mersisayd təmsilçisi bu görüşdə də azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Tottenhem” də “Sanderlend”lə matçda qalib gələ bilməyib – 1:1.

“Nyukasl” isə doğma meydanda “Kristal Pelas”ı 2:0 hesabı ilə məğlub edib.

“Everton” səfərdə “Brentford”a 1:3 hesabı ilə uduzub.