Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq

Azərbaycan klubunun sabiq üzvü Gürcüstan millisini çalışdıracaq

“İnter”in (indiki “Şamaxı”) keçmiş futbolçusu Zurab Xizanişvilinin yeni iş yeri məlum olub.

QELEBE.AZ xəbər verir ki, o, Gürcüstanın U-19 yığmasına baş məşqçi təyin edilib.

44 yaşlı mütəxəssis bundan öncə U-16 yaş qrupunda işləyirdi.

Xizanişvili 2015-2017-ci illərdə “İnter”in formasını geyinib.