Kanadada işləyən məşqçi: "Azərbaycan futzalı kənardan çox pis görünür"

Kanadada işləyən məşqçi: "Azərbaycan futzalı kənardan çox pis görünür"

“Azərbaycan futzalı kənardan çox pis görünür”.

Bunu “Report”a müsahibəsində Kanadanın aşağı yaş qrupu üzrə futzal yığmalarının sabiq baş məşqçisi Elnur Qəmbərov deyib.

2014/2015 mövsümündə baş məşqçi kimi “Xəzər adaları”na Azərbaycan çempionluğunu qazandıran mütəxəssis ölkə futzalının hazırkı durumunun ürəkaçan olmadığını düşünür: “Vaxtilə hamı bizdən qorxurdu, hətta italyanlar, ispanlar da ehtiyatlanırdılar. İndi isə ortabablara da uduzuruq. Yığmanın baş məşqçisi Alesio Da Silva 15 ildir Azərbaycandadır, ayda 10-15 min dollar pul alır. Uduza-uduza getsə də, federasiya üçün fərq eləmir, yenə də postunda saxlayırlar. Ona “gözün üstə qaşın var” deyən yoxdur. Bu gedişlə onu bundan sonra 30 il də yığmada saxlayacaqlar”.

Onun fikrincə, Azərbaycan Futzal Federasiyası yerli mütəxəssislərə lazımınca qiymət vermir: “Son 15 ildə nə cavan məşqçi yetişdirdilər, nə də köməkçi kimi götürdülər. Yalandan birinin adı gedir, “fiqur” kimi dayanır orada. Azərbaycanda yalnız əcnəbilər qazanırlar. İtirən isə futzalımızdır. Görünür, federasiyaya belə gedişat sərf edir. Onlara lazımdır ki, baş məşqçi postuna əcnəbi gətirsinlər, yerli mütəxəssislər də savadsız olsunlar. Bizimkilər yerli mütəxəssislərlə işləməkdə maraqlı deyillər”.

Elnur Qəmbərovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Samir Əliyev: "Əsas hədəf qısa müddətdə heyəti formalaşdırmaqdır"

Futbol
Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Yaşar Vahabzadə: "İstefama əsas səbəb ardıcıl 4 məğlubiyyət oldu"

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib