“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi
Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.
QELEBE.AZ Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.

https://qalaba.az//uploads/photo/araz-naxchivanda-braziliyali-mudafiechi.webp