Bundesliqa: “Bavariya” 3 xalı 8 qolla qazandı
Almaniya Bundesliqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.
"Borussiya Münhenqladbax" öz meydanında "Auqsburq"la üz-üzə gəlib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.
Lider "Bavariya" isə "Volfsburq"u meydana çıxmağa peşman edib. Bavyera təmsilçisi rəqibini 8:1 hesabı ilə darmadağın edib.

https://qalaba.az//uploads/photo/bundesliqa-bavariya-3-xali-8-qolla-qazandi.webp