“Monako” belçikalı futbolçunu icarəyə götürüb

“Monako” belçikalı futbolçunu icarəyə götürüb

İngiltərə Çempionşip təmsilçisi “Lester Siti”nin müdafiəçisi Vaut Faes karyerasını Fransada davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, “Monako” belçikalı futbolçunu icarəyə götürüb.

Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunadək “Monako”nun formasını geyinəcək.

Qeyd edək ki, “Lester Siti” Vaut Faesi 2022-ci ilin yayında “Reyms” klubundan transfer edib. Belçika millisinin üzvü bu mövsüm “tülkülər”in heyətində iştirak etdiyi 16 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.