"Gənclər" "Abşeron"la üz-üzə gələcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün daha bir matç baş tutacaq.
Apasport.az xəbər verir ki, VIII turdan təxirə salınmış oyunda "Gənclər" "Abşeron"la üz-üzə gələcək.
Qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 17:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/quotgenclerquot-quotabsheronquotla-uz-uze-gelecek.webp