"Kalyari" "Yuventus"un seriyasına son qoyub
“Yuventus” İtaliya A Seriyasının XXI turunda “Kalyari”yə uduzub.
Apasport.az xəbər verir ki, matç 0:1 hesabıyla başa çatıb. Yeganə qolu Luk Maççiteli vurub.
“Yuventus”un çempionatdakı 6 oyunluq məğlubiyyətsiz seriyası səfərdə pozulub.
Turin təmsilçisi 21 turdan sonra 39 xalla 4-cü sıradadır. “Kalyari” isə 22 xalla 13-cüdür.

https://qalaba.az//uploads/photo/quotkalyariquot-quotyuventusquotun-seriyasina-son-qoyub.webp