Premyer Liqa: "Neftçi" "Zirə"yə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Zirə"yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

“QELEBE.AZ”un məlumatına görə, turun son oyununda çempionatın iddialı komandaları “Neftçi” və “Zirə” üz-üzə gəliblər.

Turnir cədvəlində “qonşu” olan rəqiblərin duelindən "ağ-qaralar" qalib ayrılıblar.İlk hissədə qapılara yol tapmaq mümkün olmayıb. Lakin “Neftçi” Voyislav Stankoviçin 52-ci dəqiqədə vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib. “Zirə” yeni transferi Vild Donald Geryenin 75-ci dəqiqədə qırmızı vərəqə alması səbəbindən qalan dəqiqələri azlıqda keçirib.

Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Şamaxı”nı (3:1), “Səbail” “Kəpəz”i (1:0) öz meydanında, “Sabah” isə “Qəbələ”ni (3:0) səfərdə məğlub edib.

19:08

"Zirə" səfərdə "Neftçi"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XX tur oyununda azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, qəsəbə təmsilçisinin yeni transferi Vild Donald Gerye 75-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Haitili futbolçu yeni komandası ilə debüt oyununda rəqib oyunçunun üzünə vurduğu üçün ikinci sarı vərəqə alıb. Gerye XXI turda “Qəbələ” ilə fevralın 5-də baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda “Neftçi” 1:0 hesabı ilə öndədir.

16:31

Azərbaycan Premyer Liqasının XX turunda üz-üzə gələcək "Neftçi" və "Zirə"nin start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 6. Voyislav Stankoviç 4. Solomon Kverkveliya 5. Kenni Sayef 23. Ataa Caber 22. Kilan Lebon 9. Mateus Saldanya

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 26. Ömər Buludov 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 41. Samir Həsənov 91. Ağadadaş Salyanskiy 10. Sezar Meza Kolli 18. Vato Arveladze 77. Yeqor Boqomolski 16. Gilyerme Pato

Baş məşqçi: Laurentsiu Regekampf

“Zirə”: 1. Mehdi Cənnətov 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 96. Donald Gerye 9. Loris Broqno 47. Mohamed Hamdaui 23. Andriya Lukoviç 14. Hamidu Keyta 44. Dmitrios Çantakias 5. Moiz Adileu

Ehtiyat oyunçular: 41. Anar Nəzirov 22. Nail Alışov 18. Slavik Alxasov 8. İlkin Muradov 2. Sertan Taşkın 11. Rüstəm Əhmədzadə 13. Ramin Əhmədov 20. Cavad Qurbanlı 19. Vladislav Kulaç 70. İssa Cibrila 17. Toni Qomes

Baş məşqçi: Rəşad Sadıqov

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma bu gün saat 17:30-da start götürəcək.

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Rusiya Kuboku oyununda azarkeşlər siqaret çəkdikləri üçün saxlanılıblar

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

"Qarabağ"ın "Traktor"la qarşılaşması qardaşlıq adına gözəl addım olar" - RƏY

Futbol
"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək