Regekampf: "Emin Mahmudovun "Neftçi"də qalması üçün addımlar atılır"

Regekampf: "Emin Mahmudovun "Neftçi"də qalması üçün addımlar atılır"

"Mahmudovun gələn mövsüm komandada qalması üçün həm özüm, həm də rəhbərlik tərəfindən addımlar atılır".

“QELEBE.AZ”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Zirə” üzərində 1:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonrakı mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis kapitan Emin Mahmudov ətrafında yayılan söz-söhbətlərə münasibət bildirib: "Azarkeşlərin fikirlərinə şərh gətirə bilmərəm. Onlar azarkeşdirlər, istədiklərini deyə bilərlər. Öz adımdan deyə bilərəm ki, Emin nümunədir, "Neftçi"nin, millinin kapitanıdır. Bütün oyunlarımızı yüksək səviyyədə keçirir".

Rumıniyalı mütəxəssis nəticəyə görə sevindiyini bildirib: "Bəzi zədəli oyunçularımızın sağalması məni sevindirdi. Yeni transferlərin çıxışından razı qaldım. Bilirik ki, oyundan-oyuna daha yaxşı olacağıq. Qış təlim-məşq toplanışında bütün komanda ilə hazırlıq keçmək imkanımız olmadı. Buna görə də bugünkü qələbə çox önəmli idi".

O, sabitliyi qoruyub saxlamaq üçün yeni oyunçular və davamlılıq lazım gəldiyini söyləyib: “Eyni futbolçular ardıcıl 5-6 oyunu bir yerdə keçirməlidirlər. Həmçinin, ehtiyat skamyada yaxşı oyunçular olmalıdır. Hər matçda görə bilərsiniz ki, əvəzedici heyətdən 5-6 gənc ehtiyatda oturur. Oynayan futbolçuların məşqdə rəqabət aparmaq üçün əvəzediciləri olmalıdır”.

Baş məşqçi Qodsvey Donyonun komandadan gedişinin gözlənilməz olduğunu söyləyib: “Donyonu itirəcəyimizi gözləmirdik. Bu, bizim planımızda yox idi. Əksinə, qışda yeni oyunçu gətirməyi düşünürdük. Yeni gələnlər də ən azı bir il burada oynamalı, çempionatı tanımalıdırlar. Dörd-beş ay çıxış etdikdən sonra getmələri yaxşı hal deyil. İndi Lavalla Lebon əsas heyət uğrunda rəqabət aparsaydılar, komanda üçün daha yaxşı olardı. Eyni zamanda, Donyonun qalması da müsbət məqam sayılardı”.

Regekampf bir yeni oyunçu transfer edəcəklərini də gizlətməyib: “Düşünməyin ki, arxamızda qızıl bankı durub. Klubun öz büdcəsi var, buna uyğun addım atırıq. İstəyirik ki, hamı xoşbəxt olsun. Ən yaxşısını etməyə çalışırıq, lakin büdcəni də nəzərə almaq lazımdır. Kənardan deyə bilərsiniz ki, “Neftçi” niyə güclənmir? Amma bu, heç də asan görünmür”.

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

"Olimpiakos"un baş məşqçisi: "Səhv edəndə cəzasını çəkirsən"

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq