Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb
FİFA referisi Əliyar Ağayev UEFA-dan daha bir təyinat alıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hakim bu həftə UEFA Avropa Liqasının əsas mərhələsində meydanda olacaq.
Ağayev yanvarın 22-də İsveçrədə keçiriləcək “Yanq Boyz” – “Lion” qarşılaşmasını idarə edəcək.
Bu oyunda ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmirəli assistentlik edəcəklər. Dördüncü hakim funksiyası isə Tural Qurbanova həvalə olunub.

https://qalaba.az//uploads/photo/eliyar-agayev-avropa-liqasi-oyununa-teyinat-alib.webp