"DH Volley"dən Yüksək Liqada növbəti qələbə
Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb.
QELEBE.AZ xəbər verir ki, komanda bu dəfə X turda "Abşeron" ilə üz-üzə gəlib.
AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:0 (20:25, 21:25, 11:25) hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "DH Volley"in növbəti matçı 29 yanvar saat 18:00-da "Azerrail"ə qarşı olacaq. Qarşılaşma AVF-nin idman zalında keçiriləcək.

https://qalaba.az//uploads/photo/quotdh-volleyquotden-yuksek-liqada-novbeti-qelebe.webp