Millimiz Danimarka ilə qarşılaşacaq
Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, komanda Danimarka yığması ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, yanvarın 22-də keçirilən ilk oyunda rəqib 4:1 hesablı qələbə qazanmışdı.

https://qalaba.az//uploads/photo/millimiz-danimarka-ile-qarshilashacaq.webp