Azərbaycanın U-21 millisi İngiltərə və Ukraynaya rəqib olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu komanda F qrupunda Lüksemburq, Şimali İrlandiya, Serbiya, Ukrayna və İngiltərə yığması ilə mübarizə aparacaq.
Qeyd edək ki, qitə çempionatının final mərhələsi 2025-ci ildə Slovakiyada keçiriləcək.

https://qalaba.az//uploads/photo/azerbaycanin-u-21-millisi-ingiltere-ve-ukraynaya-reqib-olub.webp











