Fiziev UFC 325-də oktaqona çıxacaq – rəqib braziliyalı Ruffydir
Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziev növbəti görüşünə çıxmağa hazırlaşır.
QELEBE.AZ xəbər verir ki, yüngül çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ-da keçiriləcək UFC 325 turniri çərçivəsində döyüşəcək. Fiziev bu dəfə braziliyalı Mauricio Ruffy ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə səhər saatlarında baş tutacaq.
Hazırda Rafael Fizievin peşəkar MMA rekordunda 13 qələbə və 4 məğlubiyyət var.
Ruffy isə karyerasında 12 qələbə, 2 məğlubiyyət əldə edib.

https://qalaba.az//uploads/photo/fiziev-ufc-325-de-oktaqona-chixacaq-reqib-braziliyali-ruffydir.webp