Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib

Xankəndi şəhərində keçirilən Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü AUC2026 çərçivəsində panel sessiyalarla davam edib.

APA xəbər verir ki, Forum çərçivəsində təşkil olunan panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Tədbirin ikinci günündə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda gənclər siyasəti ardıcıl şəkildə həyata keçirilir və gənclərə hərtərəfli dəstək göstərilir. O, Qarabağ Universitetində, eləcə də azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin mütəmadi təşkil olunduğunu qeyd edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov istər elm, istərsə də tibb sahəsində inkişaf üçün gənclərin rolunun vacibliyini vurğulayıb və Azərbaycan gənclərinin inkişafa açıq olduğunu bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov isə gənclərin şəhərsalma proseslərində fəal iştirakının vacibliyini qeyd edərək, bu istiqamətdə müxtəlif sərgi və müsabiqələrin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar keçirilib.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək. Forum ərəfəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində müxtəlif tematik tədbirlərin təşkili davam etdirilir.

Hacıbala Heydərov

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib - VİDEO

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Fərid Qayıbov: Nazirlik bütün federasiyalarda legionerlərin sayının azalmasına çalışır

Digər növlər
 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb  - FOTO

 Zabit Səmədov karyerasının son döyüşündən qalib ayrılıb - FOTO

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib