Kadi Borges "Krasnodar"dakı ilk oyununda zədələnib
Rusiya "Krasnodar"ının yeni transferi Kadi Borges zədələnib.
"Report"un məlumatına görə, braziliyalı futbolçu Qış Kuboku turnirində "Soçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.
Ayağıdan xəsarət alan 27 yaşlı yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib: "Ağrı var, amma düşünürəm ki, tezliklə oynamağa hazır olacağam. Bilirəm ki, kifayət qədər çətin liqada oynamalıyam. Buna hazıram".
Qeyd edək ki, Kadi Borges "Krasnodar"a qış fasiləsində "Qarabağ"dan keçib.

https://qalaba.az//uploads/photo/kadi-borges-krasnodardaki-ilk-oyununda-zedelenib.webp











