Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə oyununda "Kəpəz" "Qarabağ"ı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.

Xallarının sayını 57-yə çatdıran "köhlən atlar" liderdir. 14 xala malik Gəncə klubu 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.

12:57

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Kəpəz" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

“Kəpəz”: 68. Orxan Sadıqlı 74. Yusif Nəbiyev (k) 14. Elçin Əlicanov 77. Fərid Nəbiyev 3. Abdulla Rzayev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 21. Martins Junior 19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular: 71. Mario Mustapiç 8. Tural Axundov 80. Tural Rzayev 70. Nicat Süleymanov 5. İdris İnqilablı 27. Samir Məhərrəmli 97. Nicat Məmmədov 20. Mahir Həsənov 44. Nihat Fərəci 66. Arzu Atakişiyev

Baş məşqçi: Tərlan Əhmədov “Qarabağ” 89. Amin Ramazanov 5. Maksim Medvedev (k) 2. Qara Qarayev 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 81. Kevin Medina 6. Julio Romao 99. Redon Cica 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 20. Riçard Almeyda 19. Filip Ozobiç 55. Bədavi Hüseynov 4. Rahil Məmmədov 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Mahir Emreli koronavirusa yoluxub

Mahir Emreli koronavirusa yoluxub

Futbol
Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: "Napoli", "Brügge" və "Bavariya" pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Qurban Qurbanov: "Qələbə qazanmağı çox istəyirdik"

Futbol
"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

"Marsel" - "Sportinq" oyunu tıxac səbəbindən gec başlayıb

Futbol
Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Rauf Əliyev 5 oyunluq diskvalifikasiya olunub

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"