“Real”ın futbolçusu PSJ-nin hədəfində

“Real”ın futbolçusu PSJ-nin hədəfində

"Real Madrid"in futbolçusu Brahim Diaz karyerasını Fransada davam etdirməyə yaxındır.

QELEBE.AZ xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi PSJ-yə keçə bilər.

Bu barədə "Footmercato" nəşri məlumat yayıb.

İddialara görə, Mərakeş millisinin üzvü Fransa nəhəngi ilə danışıqlar aparır. Brahimin “Real Madrid”lə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilədək qüvvədədir. Danışıqlar müsbət yekunlaşarsa, o, mövsümün sonunda Liqa 1 təmsilçisinə transfer olunacaq.

Qeyd edək ki, Diaz karyerası ərzində “Mançester Siti”və “Milan” klublarında da çıxış edib.