Qurban Qurbanov: “İlk qol, ardınca penalti futbolçularımı nakauta saldı”

Qurban Qurbanov: “İlk qol, ardınca penalti futbolçularımı nakauta saldı”

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Nyukasl” matçının (1:6) ardından ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Əfsuslar olsun ki, məğlub olduq. Doğma meydanda uduzmaq istəməzdik. Amma bu futboldur. Belə nəticələr olur. Çempionlar Liqası fərqli səviyyədir. Böyükhesablı nəticələr qaçınılmazdır. İlk qol, ardınca penalti futbolçularımı nakauta saldı. Özlərini ələ ala bilmədilər